Loading...

Solun Problemlərinə İlkin Baxış


Məğlubiyyətlərimizi və çatışmazlıqlarımızı etiraf etməkdən çəkinmədiyimiz zaman qalib olmağı öyrənəcəyik.”

[V.İ. Lenin]

 

Bütün cəmiyyətlərdə insanın xarakterizə olunduğu amilərdən biridə həmin cəmiyyətin ideologiyasıdır ki, bu öz təməlini ictimai psixologiya və ya şüur anlayışından alır. Nədir ictimai psixologiya?

İnsanların günlük yaşamlarında ortaya çıxan, onların mübarizəsinin, hisslərinin və dünyagörüşünün cəmi ictimai pisxologiya adlanır. İdeologiya ise bunun daha sistemləşmiş forması olmaqla özündə insanların həyatlarının maadi şərtlərini və ictimai varlığını özündə əks etdirən fikirlərdir. Bunun nəticəsi olaraq bütün cəmiyyətlərdə ideologiya mövcuddur və bu şəxsin iradəsindən asılı olmayaraq istehsal menasibətləri fonundan formalaşır. Fərd, ideoloji mahiyyəti öz həyatından çıxarmaz bu onun öz “mən”ində mövcuddur. Amma onun hərəkliyini təmin edə bilər (dialektik hərəkət və ya dəyişim şəklində).

Yuxarıda yazılanları nəzə alsaq cəmiyyətdə bir çox ideologiyalar mövcuddur. Bu ideologiyalara özlüyündə tarixi köklərə sahib olmuş və bu gündə özünü cəmiyyətin şüurunda göstərməkdədir. Bu ideologiyalardan biri olan sol ideologiyada hər zaman tariximizdə öz yerini tapmışdır. Hal-hazırda dünyada baş verən iqtisadi böhranlar, liberal və ya neo-liberal dəyərlər konteksində baş verən cəmiyyətdəki aşınmalar bütün dünyada olduğu kimi əsas diqqəti sol ideologiyaya və ya Marksizmə yönəldir. Bunun nəticəsi olaraq solun aktivliyi artır, cəmmiyyət ideologiyanın mahiyyətini və hər gün daha da vacib hal alan proseslərə mövqeli yanaşmanın vacibliyini qəbul etməyə başlayır.  Əvvəlki zamanla müqayisədə sol ideologiya ilə bağlı yazılar, internet saytları və sosyal şəbəkələrdəki aktivlik artmaqdadır. Lakin bu aktivlik özü ilə birlikdə bəzi problemləri və boşluqları ortaya çıxarır. Gəlin bunlara birlikdə baxaq.

Dilektikanın prinsiplərindən biri olan kəmiyyət və keyfiyyət dəyişiklikəri fonunda bunu dəyərləndirdikdə kəmiyyət dəyişiklikləri həmdə müəyyən keyfiyyət dəyişiklikərinə yol açdığını bilirik. Ancaq Dialektik-Materializm hər kəmiyyət dəyişikliyi özlüyündə keyfiyyət dəyişikliyinə yol açmaz. Bunun üçün bu kəmiyyət dəyişikliyinin kəmiyyətin dəyişməsi keyfiyyət transformasiyasına şərait yaratmalıdır. Lenin demişdir: “İnqilabın avanqardı olan, kütlələrə rəhbərlik etməyə qadir olan, xalqın avanqardı olan sinfin əksəriyyəti bizim tərəfimizdədir. Xalqın əksəriyyəti bizim tərəfimizdədir...” deyərkən onun təkcə kəmiyyətinin deyil, həm də müəyyən keyfiyyətin olmasının vacibliyini vurğulayırdı. Lenin üçün həlledici olan o idi ki, adi sosial təbəqə deyil, kapitalist cəmiyyətində inqilabçı sinif olan fəhlə sinfinin əksəriyyəti və buna görə də ictimai quruluşun mahiyyətini dəyişdirə bilən sinif bolşeviklərin tərəfində idi. Bu misaldanda aydın olduğu kimi əslində əsas mahiyyət kəmiyyətin hər hansı keyfiyyət dəyişiminə uyğun olmasıdır. Bu gün isə bu kəmiyyət dəyişiklikləri keyfiyyət dəyişikliklərinə daha dərindən təsir etməkdə acizdir. Bunun bir çox səbəbləri mövcuddur:

1) Məhdudiyyətlərin olması

2) Sol daxilində bölünmə, fəlsəfi mahiyyətin kənar edilməsi

3) Oportunist meyillər və s.

Bu və ya bunun kimi digər şərtlər bu gün sol ideologiyanın əsas problərinə səbəb olur onun inkişafını ləngidir. Fikrimi daha ətraflı izah etmək üçün səbəblərə ayrı-ayrı baxaq:

1) Məhdudiyyətlər:

Cəmiyyətdə bir çox ideoloji (miliyyətçi, liberal və s.) baxışlar mövcuddur  və bunlar zaman zaman öz fikirlərini ortaya qoyaraq cəmiyyət həyatında müəyyən rol oynamaqdadırlar. Bu qruplar həmçinin yüksək status əldə etməklə prosesslərə “klentalist” baxış bucağından yanaşaraq göz önündə olmağı bacarmışlar. Bunun nəticəsi olaraq onlar bir çox məsələ haqqında danışa və “təhillər” apararaq bunu cəmiyyətin bir çox kəsiminə çatırmağı bacarırlar. Ancaq bu xüsusda Sol hər zaman olduğu kimi daha çox məhdudiyyətlərə məruz qalır yalnız internet resurslarında öz əziyyəti hesabına bir şey ortaya qoymağa çalışır. Nəticədə öz fikrilərini yayamaqda çətinlik çəkir və ya bu ele bir hal alır ki, fikirlər böyük kütlələrə çatmır. İqtisadi, sosyal, geo-siyasi mövzularda təhlillər isə azlıq təşkil etməkdədir. İstehsal münasibətlərinin mahiyyətini ortaya qoyan, tarixi-materializm nöqteyi nəzərindən ölkə daxili proseslərin qiymətləndirilməsinə istiqamətlənmiş mənbələr isə ya, azlıq təşkil edir ya da, yoxdur. Burjua iqtisadçıları və ya oun dəstəkədiyi fikir adamları isə müharibə, iqtisadiyyat və digər mövzularda hər gün eyni yalanlarla işçi sinifini aldatmağa davam edir.

2) Sol daxilində bölünmə və fəlsəfi mahiyyətdən uzaqlaşma:

Qeyd etdiyim kimi günümüzdə işçi sinifnin mübarizəsinin dərk edilməsi onun bu mübarizənin nəzəri əsasları və dünya görüşünün öyrənilməsini özü ilə birlikdə gətirməkdədir. Son dönəmlərdə sol elmi ədəbiyyatına artan meyil və bunun nəticəsi olaraq dünyagörüşünün formalaşması cəmiyyət fərdləri arasında artmaqdadır. Lakin qeyd etmək lazımdır ki müasir dünyanın inkişafı və neo-liberal sistem daxilində sol ideolojiya bəzən təməldən qopmuş və əsas nəzəriyyə təhrif edilmiş halda təqdim edilir. Nümünə olaraq göstərmək olara ki, cəmiyyətin bir qismi öz sol mövqeyi haqqında danışdığı zaman bu ideologiyanın “yeni” formalarından bəhs edirlər. Bu “yeni” baxışlar sırasına Eko-Marksizm, Queer-Marksizm və.s daxil edə bilərik. Bundan başqa müəyyən yaxın tarixi köklərə sahib olan Feminist-Marksizm kimi ideoloji dünya görüşünüdə bura daxil etdiyimiz zaman əslində müasir dönəmdə Marksizm və onun “yeni” formlarının zaman keçdikcə təməl nəzəriyyə, fəlsəfi bilikdən ayrılaraq və ya öz təməl mahiyyətdən kənar digər sosyal asbektlərlə istiqamətləndiyin görürük. Bu xüsusda həmin bxışların qrup daxili ayrışmalara, qrupların birliyinin qarşısını alan bir ünsürə dönüşdüyünün fərqinə varırıq. Bunu qeyd etmək lazımdır ki, Marksizm inkişafı və hər cəmiyyətə uyğun praktiki fəliyyəti istisna etmir. Hətta müasir dünyanın inkişaf istiqamətinə uyğun olaraq yeni metod və nəzəri əsasların yaradılması hər gün daha vacib hal almaqdadır. Ancaq bu inkişaf mahiyyətində neo-liberal maraqların ödəndiyi bir müstəvini tərk etməli, elmi, fəlsəfi əsaslara söykənərək təməl nəzəri biliklərin işığında davam etdirilməlidir. Çünki, ekologiya, feminizm kimi fikirlər Marksizimin öz daxilində mövcuddur və bunlar istehsal münasibətləri konteksində zatən öz yerini tapmaqdadır. Buna uyğun olaraq əlavə edim ki, mahiyyət etibarı ilə Marksizm bir ideologiadan artıq olmaqla həmdə, fəlsəfədir. O, insan-təbiyyət münasibətlərinin əsasını təşkil edən qanunları Dialketik-Materyalizmin köməyi ilə öyrənir ki, bu da onu nəzəriyyəni praktiki fəliyyətlə birləşdirməkdə və ictimai formasıyanın inkişafına zəmin yaratmaqda qabaqcıl dünyagörüşü halına gətirməkdədir.

3) Opportunist meyillər:

Opportunizm problemi solun hər zaman inkişafının qarşısını alan ən böyük əngəllərdən biri olmuşdur. Bu problem hər tarixi dönəm üçün özünə xas olan formalarda Marksizmin yanlış anlaşılmasına onun praktiki fəliyyətdəki roluna əngəl yaratmışdır. Bu gündə bu özünü göstərməkdədir. Lazım olduğu zaman sosyalizm, bərabərlik kimi ifadələri işlətməyi sevən bu şəxslər bu gün işçi mübarizəsi və işçilərin problemləri, onu doğuran səbəblər barədə danışmaqdan boyun qaçırmış və çətin mübarizə zamanlarında bütün dəyərlərə xəyanet etməyi “diplomatiya” və ya “siyasi gediş” adlandırmaqdan çəkinməmişlər .

Opportunizmi özünə həyat tərzi seçmiş şəxslər və ya bəzi “Sol Partiya”lar bunun ən bariz nümunəsidir. Lakin zaman keçdikcə bu kimi partiyalar yalnız burjua üçün çalışdıqlarını və onların sadiq xidmətçisi olduğunu göstərirlər. Doğrudur bu gün dünyada kammunist və ya işçi partiyalar mövcuddur lakin onların öz mahiyyəti, opportunist, revizyonist fikirləri hər bir intelektual üçün aydındır. Və qeyd edim ki, burjunın dəstəkçisi olan bu şəxslər işçi mübarizəsinin qarşısında əngəl olmaqla həmdə onun fəlsəfi mahiyyətini yalnış göstərməkdədirlər. Onlar üçün rahat “həyat tərzi” və “karyera” maraqları əsəs dünya görüşüdür.

Yekun olaraq bu problemlərdən başqa digər problemlərdə mövcuddur ki, bunlar bu gün antoqonist siniflərin mübarizəsində özünü aydın şəkildə göstərməkdədir. Ancaq bu problemlərin həllinin olması işçi hərəkatına əngəl olmamalı və maariflənmək və müzakirələrdən uzaqlaşamağa imkan verməməlidir. Sevindirici haldır ki, Marksizm-Leninzm təliminə baxış və onun öyrənilməsi dünyada günü-gündən artmaqdadır. Bu təlimlərin həqiqi mahiyyətini qavramaq boş zamanlarında işçi hərəkatını düşünmək deyil, onu həyatın özü qəbul edib məhz belə həyat tərzi yaşamaqdadır. Bütün bu və ya digər problemlərə rəğmən oxumaq və maariflənmək isə əsas istiqamət olmalıdır. Bu kimi fəliyyətlər olmadıqda işçi sinifi hər zaman burjua və onun xidmətçiləri tərəfindən daima aldadılacaq və öz tarixi missiyasından uzaqlaşdırılacaqdır.

Rüfət Ağazada

27 Kasım 2023