COP29-da BMT baş katibi Quterriş çıxışında dedi ki: varlılar bütün dünyada problemlər yaradırlar, kasıb ölkələr isə bu problemlərin nəticələrindən güclü əziyyət çəkirlər...
Onun bu sözlərini hakimiyyətin rusdilli mediasından götürmüşəm. Belə də yazmışdılar: “varlılar...”
“Varlı ölkələr” deyil - məhz “varlılar.” Ona görə də axıra qədər aydın deyil, varlı ölkələri nəzərdə tutur yoxsa bütün ölkələrin varlılarını.
Ki, həqiqətdə bütün ekoloji problemləri yaradan da, dərinləşdirənlər də “varlılardır” - sərvətçilər, kapitalistlər.
Misal üçün, Azərbaycanda ağacları kəsənlər, diblərinə zəhər töküb öldürənlər kimlərdir? Kasıb bunu edər? Edə bilər?
İndi Azərbaycanın həmin varlıların elitası COP29 tədbirini keçirilər.
Saxta, qeyri-səmimi... Tamaşa, artistlik, ənənəvi yerli risovkalıq, boğazdan yuxarı ağıllı söhbəltər.
Planetin ağaları, səlahiyyət, söz və əməl sahibləri elə danışırlar ki, zənn edərsən müxalifətdədilər... O deyir “bunu eləmək lazımdır”, bu deyir “gecikirik, eləmək lazımdır...”
Niyə etmirdiniz? Niyə etmirsiniz?
Hə, heç demə neçə trilyon dollarsa yığılmalıdır... İnanın ki, bunlar ancaq o yığılacaq pulların mənimsəmə mexanizmlərini düşünürlər...
Elə olmasaydı, COP29-un baş icraçı direktoru Elnur Soltanov Azərbaycanın qaz yataqlarının bazarlamazdı kapitalist hesab etdiyi xarici araşdırmaçıya... Biyabır olmağın buynuzu olur?
Ki, mən hələ COP29 başlamamışdan bu adamların niyyətlərində gəzdirdikləri xislət haqda bir neçə dəfə yazdım. Fantaziyalar deyildi, burjuaların, xüsusilə meşşanlıqda-acgözlükdə sərhəd tanımayan azərbaycanlı burjuaların, nətəri deyərlər, ciyərini bilirəm.
Bunlar nə görürlərsə, pulun hesabına və mənfəət naminə edirlər. Misal üçün, bu “balina maketi aksiyası.” Pulları var, dünyanı gəzirlər, Avropada görüblər o maketi, yaxud haradansa, kimdənsə eşidiblər, pul veriblər həmin şirkətə aksiya üçün... Pul verəndə də necə veriblər, həmişəki kimi şişirdirilmiş smeta sxemilə yoxsa başqa cür - heç kim bilmir. bilməyəcək, çünki heç bir şəffaflıq yoxdur.
VİP-qonaqları əlbətdə yedizdirirlər, amma adi iştirakçılar naharı ciblərindən almalıdılar. BBC-nin reportajında jurnalist bir salat, bir də sup alır, 41 azn ödəyir. Cavid Qaradan da soruşurlar, o da qiymətlərin çox yüksək olduğunu deyir. Sonra təşkilatçı “yeni kadrdan” soruşurlar... Liberalların çox arzuladığı gənc, Qərbdə təjsil almışlardan biri... Deyir ki, şəhərdəki yeməklərin qiymətindən “ola bilsin 15-20% yüksəkdir qiymətlər”, və özünü çox ağıllı hesab, qarşısındakıları eşşək hesab edərək başlayır nağıl danışmağa... kin, işləyirlər, əziyyət çəkirlər, o, bu, car-curt...
Şəkildə:
Dini liderlər COP29-da. Sizcə bu parazitlərin bir ekoloji dərdi var? Ümumiyyətlə dərdi var və kiminsə dərdi bunları düşündürür?
Planetdə ekoloji problem yaradan kapitalist sistem və həmin sistemin nümayəndələri ciddi ekoloji problemləri həll edə bilərmi? Və hansı vaxta? BMP baş katibi də növbəti dəfə vaxtın qalmadığını qeyd etdi.
Səhər cəmi 3 çıxış oldu, və günorta düşməmiş konsertə başladlılar. Budur ciddi tədbir? Səhər 11.30-da konsert olar? COP29 döndü oldu Azərbaycan mədəniyyətinin reklamı... Özü də köhnə, sovet dövründən qalmış mahnılar, musiqilər, nömrələr... Çox darıxdırıcı və primitiv idi. Kapitalizm girəndən bir addım irəli getməyib Azərbaycan mədəniyyəti. Qonaqlar üçün də maraqsız və darıxdırıcı idi. Sifətlərindən görünürdü.
Hələ dedilər ki, başqa ölkələrdə keçirilmiş COP-lardan bu yaxşıdırı. O birilərin səviyyəsini təsəvvür edin.
Ən səmimi söhbəti yenə Lukaşenko etdi. Dedi ki, keçən dəfə də yığışdıq, söhbət etdik, amma heç bir irəliləyiş yoxdur. Amma Belarusun bütün öhdəlikləri yerinə yetirdiyini dedi. Deyirsə -elədir. Dünyanın ən sağlam qidası, ərzağı da onun ölkəsindədir.
Xeyirlisi... Amma tədbiri pulun hesabına və pul qazanmaq naminə yaxşı təşkil etmək hər şey demək deyil. Sevgi lazımdır - bu planetə, bəşəriyyətə, canlı həyata, yaşıllığa sevgi.. O da ki, bu adamlarda yoxdur. Puldan və gəlirdən başqa heç nə sevməzlər onlar.
Akshin Sultanov
18 Kasım 2024