Şərqi Anadoluda qurulan sosialist respublikası-Ərzincan Şura hökuməti (Ərzincan SSR)
I Dünya Müharibəsi illərində Rusiya qoşunu Qafqaz cəbhəsində Osmanlı qoşununa bir neçə dəfə zərbə vurmuş və Şərqi Anadolu ərazilərini işğal etmişdi. 1917-ci ilin fevralında Rusiyada baş verən inqilab nəticəsində Şərqi Anadolunu tutan rus ordusunda da nizamsızlıq yaranmışdı. Mart ayından başlayaraq artıq Rusiya əsgərləri döyüşmək istəməyərək silahlarını yerə qoymağa başlamışdılar. Həmçinin rus əsgərlər dinc insanlara da atəş açmaq istəmirdilər.
1917-ci ildə Rusiyada oktyabr inqilabı baş verdi. Əvvəlcə Çar Rusiyasının xidmətində olan sonradan bolşevik ideyalarını qəbul edən əsgərlər ələ keçirdikləri vilayətlərdə Hərbi İnqilab Komitələri quraraq çar idarəetmə orqanlarını ləğv etdilər. Bununla yanaşı çar tərəfdarı olan zabit və generalları da həbs etdilər. Dersim ətrafında yerləşən 1-ci Rusiya ordusunun komandanlığına bolşevik Arşak Camalyan gətirilmiş və 1-ci Rusiya ordusu ləğv edilərək 1-ci Qızıl Ordu hissələri yaradılmışdı. Bolşeviklər Şərqi Anadoluda idarəçiliyi öz əllərinə aldıqdan sonra müharibə zamanı əsir alınan Osmanlı əsgərlərinə kommunizmin prinsiplərini izah edərək, onları azad etdilər. Ardından bolşeviklər Çar Rusiyasının işğal etdiyi Şərqi Anadolu bölgələrində güclü agitasiya apararaq yerli xalqı bölgələrdə hakimiyyəti ələ keçirməyə təşviq etdilər.
Bolşeviklər hakimiyyətə gəldikdən sonra müharibəni dayandıraraq Çar Rusiyasının Osmanlıya qarşı aparmış olduğu müharibənin imperialist müharibə olduğunu və məqsədin Osmanlı dövlətinin bölüşdürülməsi olduğunu elan etdilər. 1-ci ordu Sovet hökumətinin verdiyi əmrə əsasən 1917-ci il dekabrın 18-də Ərzincanda Osmanlı dövləti ilə atəşkəs imzaladı. Müqaviləyə görə 3 ay ərzində Qızıl Ordu hissələri daxil olmaqla bütün Rusiya qoşunları Anadoludan geri çəkilməli idi. Ancaq bir şərtlə. Baxmayaraq ki, Şərqi Anadoludan Rusiya qoşunları çıxırdı. Həmin ərazilər Osmanlı dövlətinə birləşdirilməyəcək, həmin ərazilərə Osmanlı qoşunları müdaxilə etməyəcək və yerli əhali Şərqi Anadolu ərazilərində xalqların öz müqəddəratını təyin etməsi hüququ əsasında öz sovet hökumətini formalaşdıracaqdı.
Ərzincan barışığının imzalanmasından sonra bolşevik Arşak Camalyan kürd, türk və erməni nümayəndələri bir yerə yığaraq iclas təşkil etdi. Bununla yanaşı kürd, türk və ermənilərdən ibarət olan işçilər də iclasa dəvət olundu. Ərzincan, Dersim və Bayburt vilayətlərindən Şuraya 25 üzv seçilmişdi. Nəticədə Ərzincan Şura hökuməti qurulmuş oldu. Ərzincan Sovet Sosialist Respublikası Sovet Rusiyasının iqtisadi, siyasi və hərbi dəstəyi ilə qısa zamanda bir hökumət formalaşdırdı. Sovet Rusiyasında olduğu kimi kolxozların oxşarı olan kollektiv kənd sahələri yaradıldı. Ardınca Ərzincan SSR-in özünün istihbarat, müdafiə və polis təşkilatları quruldu. Türklərdən, kürdlərdən və ermənilərdən ibarət 3000 nəfərlik bir ordu və 500 nəfərlik polis təşkilatı quruldu. Qəbul edilən maliyyə qanununa görə vergilərin bundan sonra İstanbul hökumətinə deyil Sovetə veriləcəyi müəyyənləşdirildi. Torpaqsız kəndlilərə torpaqlar paylandı.
Artıq Ərzincan SSR tam olaraq formalaşdırıldığı üçün Rusiya qoşunu bölgəni tərk edə bilərdi. Rusiya qoşunları geri çəkilən zaman öz silahlarını Ərzincan hökumətinə və Zaqafqaziya komissarlığının nəznində formalaşan gürcü və erməni hərbi hissələrinə verməyə başladılar. Bu da erməni hərbi hissələrinə Şərqi Anadolu ərazilərində basqınlar həyata keçirməyə şərait yaradırdı. Osmanlı dövləti də silahların Ərzincan hökumətinə verilməsinə görə etiraz etsə də, müqaviləyə görə Ərzincan hökumətinin ərazisinə müdaxilə edə bilmirdi. Osmanlı dövləti isə hər vasitəyə əl ataraq bu bölgəni geri qaytarmağa çalışırdı. Bunun üçün də Osmanlı dövləti türkləri Şura hökumətinə qarşı qaldırmaq üçün silahlandırırdı. Bunun da səbəbi Şura hökumətinin rəhbərinin Arşak Camalyan adlı erməninin olması və bölgənin gələcəkdə Ermənistana birləşdiriləcəyi ilə bağlı Osmanlı dövlətində yaranan narahatlıq ilə bağlı idi.
Ərzincan hökuməti isə ətraf vilayətlərə öz nümayəndələrini göndərib bolşevik agitasiyasını yaymaqla ərazilərini genişləndirməyə çalışırdı. Osmanlı dövləti isə kommunistlərin dinsiz olduğunu qeyd edərək xalqı bolşeviklərə qarşı qaldırmağa çalışırdı. Osmanlı dövlətinin hərbi müdaxilə edəcəyindən narahat olan Ərzincan SSR hökuməti Sovet Rusiyasına hərbi yardım üçün müraciət etdi. Ancaq Sovet Rusiyasının başı vətəndaş müharibəsinə qarışdığından və Ərzincan SSR-ə edəcəyi yardım Ərzincan müqaviləsinin şərtlərini pozaraq Osmanlı ilə Sovet Rusiyası arasında müharibəyə səbəb olacağından Sovet Rusiyası Ərzincan SSR-ə kömək edə bilmədi və Ərzincan SSR-in daxilində iqtisadi böhran yaşanmağa başlandı. Bu da əhalinin narazılığına səbəb oldu. Rusiya qoşunlarının geri çəkilməsindən sonra Ərzincan SSR-in türk nümayəndələri İstanbul hökumətinə bağlı olduqlarını bildirərək azlıqda olmalarına baxmayaraq Şura adından Osmanlı ordusuna müraciət edərək, 9-cu Osmanlı ordusunu bölgəyə dəvət etdilər. 1919-cu ildə türk nümayəndələrin Osmanlı qoşununu Ərzincana dəvət etməsi ilə yanaşı, bölgənin Osmanlı qoşunu tərəfindən işğal ediləcəyi barədə xəbərlərin yayılması, hökumətin Ərzincandan Yeşilyazıya köçürülməsinə səbəb oldu. Şura hökumətinin rəhbəri Muradov paşa hökumətinin mərkəzini Yeşilyazıya köçürdü. 1919-cu ilin mart ayında Osmanlı qoşunu Sivas üzərindən Ərzincana hücum edərək və güclü müqavimətlə qarşılaşmadan Ərzincanı Osmanlı dövlətinə birləşdirdi. Osmanlı qoşununun digər bir qolu isə Yeşilyazıya hücum etsə də aşirət hərbi hissələrinin hücumunun qarşısında geri çəkilməli oldu.
Yalnız 1921-ci ildə Mustafa Kamal paşa hökumətinin müdaxiləsi nəticəsində Şura hökuməti süqut etdi və Yeşilyazı Ankara hökumətinə birləşdirildi.
Ali Novruzov
18 Aralık 2021
***
Doğu Anadolu’da Kurulmuş Sosyalist Bir Cumhuriyet: Erzincan Şûra Hükûmeti (Erzincan SSC)
Birinci Dünya Savaşı sırasında Rus ordusu Kafkasya cephesinde Osmanlı ordusunu defalarca vurarak Doğu Anadolu topraklarını işgal etti. Şubat 1917’de Rusya’da meydana gelen ihtilâl sonucunda Doğu Anadolu’yu işgal eden Rus ordusunda kargaşa çıktı. Mart ayından itibaren Rus askerleri savaşmak istemeyerek silâhlarını bırakmaya başladı.
Ayrıca Rus askerleri sivillere ateş etmek istemedi.
1917’de Rusya’da Ekim Devrimi gerçekleşti. Başlangıçta Çarlık Rusya’sının hizmetinde olan, daha sonra Bolşevik fikirleri benimseyen askerler, ele geçirdikleri illerde Askerî Devrim Komiteleri kurdular ve Çarlık yönetim organlarını kaldırdılar. Aynı zamanda Çarlık yanlısı subayları ve generalleri de tutukladılar. Bolşevik Arşak Cemalyan, Dersim yakınlarında bulunan 1. Rus Ordusu’nun komutanlığına getirildi ve 1. Rus Ordusu lağvedilerek 1. Kızıl Ordu birlikleri oluşturuldu. Bolşevikler Doğu Anadolu’yu ele geçirdikten sonra savaşta esir alınan Osmanlı askerlerine komünizmin ilkelerini anlatıp onları serbest bıraktılar. Bunun üzerine Bolşevikler, Çarlık Rusya’sının işgal ettiği Doğu Anadolu bölgelerinde güçlü bir ajitasyon gerçekleştirerek, bölgelerde yerel halkı iktidarı ele geçirmeye teşvik ettiler.
Bolşevikler iktidara geldikten sonra savaşı durdurdular ve Çarlık Rusya’sının Osmanlılara karşı yürüttüğü savaşın emperyalist bir savaş olduğunu ve amacın Osmanlı Devleti’ni bölmek olduğunu açıkladılar. 18 Aralık 1917’de 1. Ordu, Sovyet hükûmetinin emri üzerine Erzincan’da Osmanlı Devleti ile ateşkes imzaladı. Anlaşmaya göre Kızıl Ordu birlikleri dâhil tüm Rus birlikleri 3 ay içinde Anadolu’dan çekilmek zorundaydı. Ama bir şartla. Gerçi Rus birlikleri Doğu Anadolu’dan çıkıyordu. Bu bölgeler Osmanlı Devleti’ne bağlanmayacak, Osmanlı birlikleri bu bölgelere müdahale etmeyecek ve Doğu Anadolu topraklarında halkların kendi kaderini tayin hakkı temelinde yerel halk kendi Sovyet hükûmetini kuracaktı.
Erzincan antlaşmasının imzalanmasının ardından Bolşevik Arşak Cemalyan, Kürt, Türk ve Ermeni temsilcileri bir araya toplayarak bir toplantı düzenledi. Ayrıca toplantıya Kürt, Türk ve Ermeni işçiler de davet edildi. Konseye Erzincan, Dersim ve Bayburt illerinden 25 üye seçildi. Bunun sonucunda Erzincan Şûra Hükûmeti kuruldu. Erzincan Sovyet Sosyalist Cumhuriyeti, Sovyet Rusya’nın ekonomik, siyasî ve askerî desteğiyle kısa sürede hükûmet kurdu. Sovyet Rusya’da olduğu gibi kolektif çiftliklere benzer çiftlikler oluşturuldu. Bundan sonra Erzincan SSC’nin kendi istihbarat, savunma ve polis teşkilâtı kuruldu. Türk, Kürt ve Ermenilerden oluşan 3.000 kişilik bir ordu ve 500 kişilik bir polis teşkilâtı kuruldu. Kabul edilen maliye kanununa göre vergilerin İstanbul hükûmetine değil Sovyet’e verilmesi kararlaştırıldı. Topraksız köylülere toprak dağıtıldı.
Artık Erzincan SSC’si tam olarak kurulduğu için Rus ordusu bölgeyi terk edebildi. Rus birlikleri geri çekilince silâhlarını Erzincan hükûmetine ve Transkafkasya komiserliği bünyesinde oluşturulan Gürcü ve Ermeni askerî birliklerine vermeye başladılar. Bu da Ermeni askerî birliklerinin Doğu Anadolu topraklarına baskın yapmasına olanak sağladı. Osmanlı Devleti de Erzincan hükûmetine silâh verilmesine karşı çıksa da antlaşma gereği Erzincan hükûmetinin topraklarına müdahale edemiyordu. Osmanlı Devleti her yola başvurarak bu bölgeyi geri almaya çalışıyordu. Bunun için Osmanlı Devleti, Şûra hükûmetine karşı ayaklandırmak için Türkleri silâhlandırıyordu. Bunun nedeni ise Konsey hükûmetinin başkanının Arşak Cemalyan adında bir Ermeni olması ve Osmanlı Devleti’nin gelecekte bölgenin Ermenistan’a ilhak edileceği yönündeki kaygısıydı.
Erzincan hükûmeti çevre illere temsilcilerini göndererek, Bolşevik ajitasyonunu yayarak topraklarını genişletmeye çalıştı. Osmanlı Devleti komünistlerin dinsiz olduğunu öne sürerek halkı Bolşeviklere karşı ayağa kaldırmaya çalıştı. Osmanlı Devleti’nin askerî müdahalede bulunmasından endişe duyan Erzincan SSC Sovyet Hükûmeti, Rusya’dan askerî yardım talebinde bulundu. Ancak Sovyet Rusya’nın iç savaşa dâhil olması ve Erzincan SSC’ye yapacağı yardımın Erzincan Antlaşması’nın hükümlerine aykırı olacağı ve Osmanlı ile Sovyet Rusya arasında savaşa neden olacağı için Sovyet Rusya, Erzincan SSC’ye yardım edemedi ve ekonomik kriz başladı. Bu durum halkta memnuniyetsizliğe neden oldu. Rus birliklerinin çekilmesinin ardından Erzincan SSC’nin Türk temsilcileri, İstanbul hükûmetine bağlılıklarını ifade ederek, Konsey adına Osmanlı ordusuna başvurarak 9’uncu Osmanlı ordusunu bölgeye davet etti. 1919 yılında Türk temsilcileri Osmanlı ordusunu Erzincan’a davet etmiş ve bölgenin Osmanlı ordusunun işgal edeceği haberlerinin yayılması, hükûmetin Erzincan’dan Yeşilyazı’ya geçmesine neden olmuştur. Şûra hükûmetinin başı Muradov Paşa, hükûmetin merkezini Yeşilyazı’ya taşıdı. Mart 1919’da Osmanlı ordusu, Sivas üzerinden Erzincan’a saldırarak güçlü bir direnişle karşılaşmadan Erzincan’ı Osmanlı Devleti’ne kattı. Osmanlı ordusunun bir diğer kolu da Yeşilyazı’ya saldırdı ancak aşiret askerî birliklerinin saldırısı karşısında geri çekilmek zorunda kaldı.
Ancak 1921 yılında Mustafa Kemal Paşa hükûmetinin müdahalesi sonucu Şûra Hükûmeti yıkıldı ve Yeşilyazı Ankara hükûmetine bağlandı.
Ali Novruzov
18 Aralık 2021